Bakı. Trend:
Qırğızıstanın baş naziri Kubatbek Boronov istefaya göndərilib.
Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Sooronbay Jeenbekov müvafiq fərman imzalayıb.
Fərmana əsasən, baş nazirlə yanaşı bütün hökumət buraxılıb.
Qeyd olunur ki, yeni hökumət formalaşdırılanadək K.Boronov öz vəzifələrini icra edəcək.