...

Türkiyədə koronavirusdan sağalanların sayı 304 min nəfəri ötüb

Dünya xəbərləri Materials 19 Oktyabr 2020 21:38 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 75 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 371 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 026 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 349 519 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 424 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 305 427 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti