...

Qazaxıstanda koronavirusa daha 141 nəfər yoluxub

Dünya xəbərləri Materials 22 Oktyabr 2020 08:43 (UTC +04:00)
Qazaxıstanda koronavirusa daha 141 nəfər yoluxub

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 141 yoluxma halı qeydə alınıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 109 907 nəfərə çatıb.

Bildirilir ki, Qazaxıstanda yeni koronavirusa yoluxanlardan 105 385 nəfəri sağalıb, 1 796 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti