...

Türkiyədə koronavirusdan sağalanların sayı 334 mini keçib

Dünya xəbərləri Materials 6 Noyabr 2020 22:01 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 334 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 83 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 772 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 436 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 389 256 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 914 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 334 293 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti