...

Ermənistanda daha 2 476 nəfər koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 7 Noyabr 2020 12:23 (UTC +04:00)
Ermənistanda daha 2 476 nəfər koronavirusa yoluxdu

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 104 249 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 476 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 27 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 533 nəfər koronavirusdan ölüb, 39 458 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti