...

Polşada millətçilərin yürüşü zamanı 30-dan çox polis yaralanıb

Dünya xəbərləri Materials 12 Noyabr 2020 12:46 (UTC +04:00)
Polşada millətçilərin yürüşü zamanı 30-dan çox polis yaralanıb

Bakı. Trend:

Polşanın paytaxtı Varşavada millətçilərin yürüşü keçirilib.

Trend-in məlumatına görə, aksiya şəhər rəhbərliyinin qadağasına baxmayaraq təşkil olunub.

Yürüş zamanı iştirakçılarla polis arasında toqquşmalar yaşanıb. İğtişaşlar nəticəsində 35 polis əməkdaşı yaralanıb.

Bəzi yaralıların vəziyyətinin ağır olduğu deyilir.

Aksiya nəticəsində şəhər infrastrukturuna ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti