Bakı. Trend:
Suriyanın Xarici İşlər Naziri Valid Muallem 79 yaşında vəfat edib.
Trend-in "SANA" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər.
V.Muallemin ölümünün səbəbi barədə məlumat verilmir.