...

Moskvada xəstəxanada yanğın olub, ölənlər var

Dünya xəbərləri Materials 3 Dekabr 2020 08:49 (UTC +04:00)
Moskvada xəstəxanada yanğın olub, ölənlər var

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yerləşən xəstəxanalardan birində yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə "TASS" agentliyinə təcili xidmətlərdəki mənbə xəbər verib.

Məlumata əsasən, yanğın xəstəxananın üçüncü mərtəbəsində başlayıb. Yanğın nəticəsində 2 nəfər həlak olub, 23 nəfər isə xilas edilib.

Yanğının səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti