...

İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 4 Dekabr 2020 04:55 (UTC +04:00)
İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var

Bakı. Trend:

İngiltərənin Bristol şəhərində yerləşən liman ərazisində tullantı sularının təmizlənməsi zavodunda partlayış nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə yerli polisin baş müfəttişi Mark Raneykrs deyib.

Qeyd edilib ki, hadisənin heç bir şəkildə terrorla əlaqəsi yoxdur.

M.Raneykrs müəssisə işçilərindən birinin aldığı xəsarətlərin onun həyatına təhlükə yaratmadığını da əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti