...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 645 mindən çox artıb

Dünya xəbərləri Materials 6 Dekabr 2020 00:15 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 645 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 645 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 645 231 nəfər yeni koronavirusa yoluxub, 12 242 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 65 257 767, ölənlərin isə 1 513 179 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti