...

Rumıniyada parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 6 Dekabr 2020 04:24 (UTC +04:00)
Rumıniyada parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Ruməniyada bu gün parlament seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, seçki məntəqələrində səsvermə saat 09:00-da başlayacaq və 23:00-da yekunlaşacaq. Ölkədə 18 milyondan artıq vətəndaş səsvermə hüququna malikdir.

Xarici ölkələrdə olan 40 mindən artıq Ruməniya vətəndaşı 748 seçki məntəqəsində və ya poçt vasitəsilə səs verəcəklər. Xarici ölkələrdə səsvermə dekabrın 5-i və 6-ı keçirilir.

Qeyd edək ki, seçkilər parlamentin hər iki palatasına keçirilir. Rumıniya vətəndaşları 7 136 namizəddən (2 477 namizəd Senata və 4 659 namizəd deputatlar Palatasına) 136 deputat və 329 senator seçməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti