...

Britaniyada 90 yaşlı qadın koronavirusdan ilk peyvəndlənən şəxs oldu

Dünya xəbərləri Materials 8 Dekabr 2020 14:19 (UTC +04:00)
Britaniyada 90 yaşlı qadın koronavirusdan ilk peyvəndlənən şəxs oldu

Bakı. Orxan Nəbiyev - Trend:

Böyük Britaniyanın Koventri şəhərində 90 yaşlı qadın ilk dəfə "Pfizer-BioNTech" vaksini ilə peyvəndlənib.

Trend-in məlumatına görə, kliniki sınaqlardan sonra ilk peyvəndləmə səhər saatlarında baş tutub.

Bu gündən etibarən Böyük Britaniyada qocalar evlərinin sakinləri, tibb və sosial işçilər və digər həssas qruplara daxil olan şəxslərin peyvəndləməsi başlayacaq.

Qeyd edək ki, Böyük Britaniya dekabrın 2-də "Pfizer-BioNTech" vaksinini kütləvi peyvəndləmə üşün qeydiyyata alan ilk ölkə olub. Bu ilin sonunadək həmin vaksinin Avropa İttifaqında və ABŞ-da qeydiyyata alınması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti