...

Ermənistanda koronavirusa yoluxanların sayı 148 mini ötüb

Dünya xəbərləri Materials 13 Dekabr 2020 11:37 (UTC +04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 148 mini ötüb

Bakı. Trend:

Ermənistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 013 nəfər yoluxub.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 148 325 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusdan 648 nəfər sağalıb, 24 nəfər isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan 125 169 nəfər sağalıb, 2 486 nəfər isə ölüb. Aktiv xəstə sayı 20 053 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti