...

Britaniyada koronavirusdan ölənlərin sayı 65 min nəfərə çatır

Dünya xəbərləri Materials 16 Dekabr 2020 04:19 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 18 450 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 888 116 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 506 nəfər ölüb, ölənlərin sayı 64 908 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti