Bakı. Trend:
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 700 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 700 846 nəfər yeni koronavirusa yoluxub, 13 289 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 74 299 042, ölənlərin isə 1 669 982 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.