...

Serbiyaya səfər edənlər COVID-19-un olmaması ilə bağlı arayış almalı olacaq

Dünya xəbərləri Materials 20 Dekabr 2020 04:38 (UTC +04:00)
Serbiyaya səfər edənlər COVID-19-un olmaması ilə bağlı arayış almalı olacaq

Bakı. Trend:

20 dekabrdan etibarən xarici vətəndaşlar Serbiyaya yalnız COVID-19 xəstəliyinin olmaması haqqında arayış ilə gedə biləcəklər.

Trend-in məlumatına görə, bu barədə "Blic" qəzeti bildirib.

Məlumatda deyilir: "Koronavirusla mübarizə üzrə böhran qərargahının qərarına görə, 20 dekabr tarixindən etibarən xarici vətəndaşlar ölkəyə yalnız səfərdən 48 saatdan tez olmadan verilən PCR testin neqativ nəticəsi ilə daxil ola bilərlər".

Qəzetdə qeyd edilib ki, Serbiyada restoran, kafe və barlar, eləcə də spa mərkəzləri, idman zalları və hovuzlar yalnız iş günləri saat 17:00-a qədər açıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti