...

Çexiyada fövqəladə vəziyyət rejimi uzadılır

Dünya xəbərləri Materials 23 Dekabr 2020 00:29 (UTC +04:00)
Çexiyada fövqəladə vəziyyət rejimi uzadılır

Bakı. Trend:

Çexiya parlamentinin Deputatlar Palatası (alt palata - Red) hökumətin təklifi ilə koronavirus epidemiyasının kəskinləşməsilə bağlı ölkədə mövcud olan fövqəladə vəziyyət rejiminin müddətini gələn ilin 22 yanvar tarixinədək uzadıb.

Trend-in məlumatına görə, iclasda iştirak edən 104 deputatdan 55-i fövqəladə rejimin uzadılmasına, 29 millət vəkili isə əleyhinə səs verdi.

Çex Respublikasında koronavirusa yoluxanların sayında gündəlik artım qeydə alınıb. Əhalisi 10,7 milyon nəfər olan ölkənin 635 414 vətəndaşı yeni növ virusa yoluxub,10 562 pasiyent vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti