...

İsraildə parlament buraxıldı

Dünya xəbərləri Materials 23 Dekabr 2020 06:09 (UTC +04:00)
İsraildə parlament buraxıldı

İsrailin iyirmi üçüncü çağırış parlamenti cari il üçün ölkənin dövlət büdcəsinin təsdiqləmə müddətinin bitməsi səbəbindən bu gün Bakı vaxtı ilə 02:00-da avtomatik olaraq buraxılıb.

Trend-in məlumatına görə, bu barədə İsrailin dövlət kanalı “Kan” xəbər verib.

Bildirilir ki, 24-cü çağırış Knessetə erkən seçkilər 2021-ci ilin 23 mart tarixində keçiriləcək.

İsraildə Knessetə sonuncu seçkilər cari ilin 2 mart tarixində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti