...

İraqda terror aktı planlaşdıran ekstremist saxlanılıb

Dünya xəbərləri Materials 26 Dekabr 2020 18:40 (UTC +04:00)
İraqda terror aktı planlaşdıran ekstremist saxlanılıb

Bakı. Trend:

İraqın paytaxtı Bağdadda Yeni il bayramı günlərində terror aktı planlaşdıran terrorçu-intiharçı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı zamanı 4 terrorçu saxlanılıb. Məlumata əsasən, onlardan biri Yeni il bayramı zamanı özünü Bağdad şəhərinin mərkəzində partlatmağı planlaşdırırmış.

Bildirilir ki, terrorçular dindirmə zamanı Yeni il bayramında paytaxtda "sabitliyi pozmaq üçün təlimat aldıqlarını" etiraf ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti