...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 400 mindən çox artıb

Dünya xəbərləri Materials 27 Dekabr 2020 02:25 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 400 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 400 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 401 176 nəfər yeni koronavirusa yoluxub, 7 335 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 78 604 532, ölənlərin isə 1 744 235 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti