...

İranda sutka ərzində 6 minə yaxın şəxs koronavirusa yoluxub, 121 nəfər ölüb

Dünya xəbərləri Materials 28 Dekabr 2020 14:45 (UTC +04:00)
İranda sutka ərzində 6 minə yaxın şəxs koronavirusa yoluxub, 121 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 5 908 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 206 373 nəfərə çatıb. Virus daşıyıcılarından 5 174 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 121 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 54 814 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 960 751 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,46 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda koronavirusa yoluxma ilə əlaqədar İranın 108 rayonu narıncı və 340 rayonu isə sarı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti