...

Türkiyədə son sutkada koronavirusdan 21 004 nəfər sağalıb

Dünya xəbərləri Materials 30 Dekabr 2020 00:09 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 21 004 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 253 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 20 388 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 15 805 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 178 580 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 21 004 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 058 437 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti