...

Braziliyada ötən sutka koronavirusdan 1 074 nəfər ölüb

Dünya xəbərləri Materials 1 Yanvar 2021 05:25 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 56 773 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 675 973 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 074 nəfər ölüb, ölənlərin ümumi sayı 194 949 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti