...

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 2,5 milyonu keçib

Dünya xəbərləri Materials 1 Yanvar 2021 23:32 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada sutkada 53,2 mindən çox insan koronavirusa yoluxub.

Trend-in məlumatına görə, ümumilikdə, ölkədə 2,54 milyondan çox yoluxma faktı qeydə alınıb.

Beləliklə, Böyük Britaniya ABŞ, Hindistan, Braziliya, Rusiya və Fransadan sonra dünyada 2,5 milyon yoluxma göstəricisini qıran altıncı ölkə oldu.

Son 24 saat ərzində yoluxanlar arasında qeyd olunan ölüm sayı 613 nəfər təşkil edib. Ümumilikdə, ölkədə 74,1 mindən çox yoluxan insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti