...

Rusiyada koronavirusdan ölənlərin sayı 59 minə çatır

Dünya xəbərləri Materials 4 Yanvar 2021 12:16 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 59 minə çatır

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,26 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 23 351 nəfər virusa yoluxub, 482 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 260 138 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 58 988-ə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 640 036 şəxs virusdan sağalıb, 561 114 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti