...

Rusiyada daha 518 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 5 Yanvar 2021 12:09 (UTC +04:00)
Rusiyada daha 518 nəfər koronavirusdan öldü

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,28 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 24 246 nəfər virusa yoluxub, 518 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 284 384 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 59 506 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 662 668 şəxs virusdan sağalıb, 562 210 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti