...

İndoneziyada sərnişin təyyarəsi radarlardan itib

Dünya xəbərləri Materials 9 Yanvar 2021 15:15 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

İndoneziyada "Sriwijaya Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə əlaqə itib.

Trend-in məlumatına görə, təyyarə paytaxt Cakartadan Borneo adasında yerləşən Pontianak şəhərinə uçuş həyata keçirirdi.

Təyyarə havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.

Qeyd olunur ki, "Boeing 737-524" təyyarəsi sonuncu dəfə Yava dənizi üzərində, Yava adasının şimal sahilləri yaxınlığında radarlarda görünüb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti