Bakı. Trend:
İndoneziyalı xilasedicilər Yava dənizində qəzaya uğrayan "Sriwijaya Air" aviaşirkətinə məxsus təyyarənin qalıqlarını aşkar ediblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında İndoneziyanın Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Faxrul deyib.
Onun sözlərinə görə, təyyarənin qalıqları Laki və Lankanq adaları arasında tapılıb: "Yaxın zamanda bütün qalıqlar sahilə çatdırılacaq".
Xatırladaq ki, ötən gün İndoneziyanın "Sriwijaya Air" şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində azı 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 ekipaj üzvü olub.