...

Rusiyada son sutkada 531 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 12 Yanvar 2021 12:11 (UTC +04:00)
Rusiyada son sutkada 531 nəfər koronavirusdan öldü

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,44 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 22 934 nəfər virusa yoluxub, 531 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 448203 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 62 804 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 825 430 şəxs virusdan sağalıb, 559 969 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti