Bakı. Orxan Nəbiyev - Trend:
İndoneziyalı xilasedicilər bir neçə gün əvvəl Yava dənizində qəzaya uğramış təyyarənin axtarışlarını dayandırıb.
Trend-in məlumatına görə, qərar kəskin hava şəraiti ilə əlaqədar verilib.
Qəzanın baş verdiyi bölgədə 2,5 metr dalğaların olduğu deyilir. Hazırda hadisə yerində bir neçə xilasedici gəmi qalmaqdadır, amma sualtı axtarışlar aparılmır.
Ötən gün təyyarənin qara qutusu aşkar edilmişdi.
Qeyd edək ki, iyunun 9-da "Sriwijaya Air" aviaşirkətinə məxsus "Boeing" Yava dənizində qəzaya uğramışdı. Təyyarədə 62 nəfər olub.