...

Türkiyədə koronavirusun daha iki ştammına yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 3 Fevral 2021 22:41 (UTC +04:00)
Türkiyədə koronavirusun daha iki ştammına yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Türkiyədə 2 nəfər koronavirusun "Cənubi Afrika" ştammına yoluxub, eyni zamanda virusun "Braziliya" ştammına yoluxma hallı aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib: "Ölkəmizdə aşkarlanan "Britaniya" ştammından əlavə, vətəndaşlarımız arasında koronavirusun "Cənubi Afrika" ştammına yoluxma və "Braziliya" ştammına yoluxma halları qeydə alınıb".

F.Qoca bildirib ki, həmin şəxslər xəstəxanada təcrid olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti