...

Türkiyədə son sutkada koronavirusdan 8 089 nəfər sağalıb

Dünya xəbərləri Materials 7 Fevral 2021 00:16 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 8 089 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 108 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 685 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 897 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 524 786 nəfərə çatıb.

Nazir qeyd edib ki, ötən gün koronavirusdan 8 089 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 412 505 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti