...

Britaniyada koronavirusun bütün ştammların qarşı universal peyvənd hazırlanır

Dünya xəbərləri Materials 14 Fevral 2021 00:22 (UTC +04:00)
Britaniyada koronavirusun bütün ştammların qarşı universal peyvənd hazırlanır

Bakı. Trend:

Böyük Britaniyada koronavirusun bütün ştammların qarşı universal peyvənd hazırlanır.

Trend-in "The Daily Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, yeni peyvəndin hazırlanması üzərində alimlərdən ibarət iki qrup çalışır.

Bildirilir ki, yeni vaksin bədənin immunitet sisteminə SARS-CoV-2-nin mərkəzi hissəsindən zülalları tanımağa imkan verir. SARS-CoV-2-nin mərkəzi hissəsindən olan zülallar daha az dəyişikliklərə məruz qalır və bu, yeni peyvəndlərin daha uzun müddət təsirli qalmasına imkan verməlidir.

Məlumata əsasən, yeni peyvəndlərin hazırlanması ilə Nottinqem Universiteti və "Scancell" şirkəti məşğul olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti