...

G7 liderləri bütün ölkələrin peyvəndləri bərabər şəkildə ala bilməsi imkanları leyhinə çıxış edib

Dünya xəbərləri Materials 20 Fevral 2021 02:35 (UTC +04:00)
G7 liderləri bütün ölkələrin peyvəndləri bərabər şəkildə ala bilməsi imkanları leyhinə çıxış edib

Bakı. Trend:

Yeddi Qrup (G7) ölkələrinin liderləri dünyanın bütün ölkələrinin koronavirus əleyhinə peyvəndlərin bərabər əlçatanlığının leyhinə çıxış edib.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın sədrliyi ilə keçirilən dünyanın ən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin qeyri-rəsmi birliyinin virtual zirvə toplantısından sonra qəbul edilən kommünekidə bildirilib.

Sənəddə qeyd edilib: "COVID-19 (ACT-A) ilə Mübarizə üçün vasitələrə əlçatanlığının sürətləndirilməsi təşəbbüsünün, onun COVAX mexanizminin və peyvəndlərə, müalicələrə və diaqnostikaya əlverişli qiymətlərlə ədalətli girişin bütün elementlərini dəstəklədiyimizi təsdiqləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti