...

Ermənistanda "Boeing 737" təyyarəsi qaçırılıb? - Araşdırma aparılır

Dünya xəbərləri Materials 23 Fevral 2021 15:19 (UTC +04:00)
Ermənistanda "Boeing 737" təyyarəsi qaçırılıb? - Araşdırma aparılır

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanın Mülki Aviasiya Komitəsi "Boeing 737" təyyarəsinin qaçırılması barədə məlumatları yoxlayır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Komitənin mətbuat xidməti bildirib.

Qeyd edək ki, Ermənistan baş nazirinin sabiq müşaviri Akom Çaqaryan fevralın 21-də Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Komitəsindən Ermənistan qeydiyyat nömrəli "Boeing"in qaçırılması barədə teleqram aldığını bildirib.

Teleqramda qeyd edilib ki, Estoniyadan Yerevana gəlməli olan təyyarənin istiqaməti BƏƏ-yə dəyişdirilib. Amma təyyarə BƏƏ-yə çatmadan Tehranda eniş edib.

Hazırda təyyarənin qaçırılması ehtimalı ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti