...

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Dünya xəbərləri Materials 27 Fevral 2021 06:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ yaxın bir neçə həftə ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Cen Paski deyib.

Rusiyaya qarşı əlavə sanksiyalara nə qədər gözləyəcəyik sualına cavabında C.Psaki deyib: "Aylar deyil, həftələr. Bu, fasiləsiz prosesdir".

Mətbuat katibi qeyd edib ki, bu "prosesə" Əfqanıstanda amerikalıların öldürülməsi üçün taliblərə Rusiya nümayəndələri tərəfindən pul ödənilməsi barədə məlumatların, rusiyalı hakerlər tərəfindən ABŞ-ın hökumət müəssisələrinə edilən kiberhücumların öyrənilməsi də daxildir:

"Bir sıra komponentlər mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti