...

Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır

Dünya xəbərləri Materials 5 Mart 2021 16:41 (UTC +04:00)
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada "EpiVakKorona" vaksini ilə kütləvi peyvəndləmə bu ay başlayacaq.

Trend-in məlumatına görə, peyvəndləmə prosesinin bu ayın ikinci yarısında başlaması nəzərdə tutulur.

Eyni zamanda həmin vaksinin 60 yaşdan yuxarı şəxslərin peyvənd olunması üçün təsdiqləndiyi bildirilib.

Qeyd edək ki, "EpiVakKorona" Rusiya istehsalı olan və qeydiyyata alınmış ikinci koronavirus vaksinidir. Bundan əvvəl "Sputnik V" vaksini də qeydiyyata alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti