...

Rusiya gəmisi Misir prezidentinin çıxışına mane olub

Dünya xəbərləri Materials 30 Mart 2021 20:55 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Misir prezidenti Əbdül Fəttat əs-Sisi Süveyş kanalının sahilində verdiyi mətbaut konfransında bir neçə dəfə dayandırmalı olub.

Trend-in məlumatına görə, buna həmin kanalda Rusiyaya məxsus "Marşal Vasilevski" gəmisinin uzun siqnallar verməsi səbəb olub.

Qeyd olunub ki, Misir prezidenti İsmailiyyə şəhərində Süveyş kanalını bağlamış gəminin xilasetmə işlərinin başa çatması münasibətilə mətbuat konfransı verib. Onun çıxışı zamanı Rusiya gəmisi, eləcə də digər gəmilər hərəkətin bərpa olunmasını siqnallarla qeyd ediblər. Əbdül Fəttat əs-Sisi siqnallar bitdikdən sonra çıxışına davam edib.

Xatırladaq ki, martın 23-də Tayvanın "Evergreen" şirkətinə məxsus 400 metrlik və 224 min tonlu "Ever Given" konteyner gəmisi Süveyş kanalında saya oturaraq bir həftəyə yaxın müddət ərzində hərəkəti iflic etmişdi.

Gəmi ötən gün xilas edilərək texniki baxış üçün aparılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti