Bakı. Trend:
Süveyş kanalının "Ever Given" konteyner gəmisinin ilişməsi nəticəsində bağlı qalması ilə əlaqədar maliyyə itkiləri təxminən 1 milyard dollar təşkil edə bilər.
Trend-in məlumatına görə, bunu Süveyş Kanalı İdarəsinin rəhbəri Usama Rabiya "Sada Elbalad" telekanalının efirində deyib.
Onun sözlərinə görə, bu məbləğə konteyner gəmisinin ilişməsi nəticəsində dəyən ziyan və gəminin hərəkətinin təmin edilməsi üçün xərclər daxildir.