...

ABŞ-da yaşı 65-dən yuxarı şəxslərin təxminən 75 faizi peyvənd olunub

Dünya xəbərləri Materials 1 Aprel 2021 09:39 (UTC +04:00)
ABŞ-da yaşı 65-dən yuxarı şəxslərin təxminən 75 faizi peyvənd olunub

Bakı. Trend:

ABŞ hakimiyyəti əhalinin yeni koronavirusa (COVİD-19) qarşı peyvəndlənməsi prosesini sürətləndirə bilib.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden "ESPN" telekanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, ölkədə yaşı 65-dən yuxarı şəxslərin təxminən 75 faizi peyvənd olunub: "Bununla əlaqədar infeksiyanın yayılma sürəti əhəmiyyətli dərəcədə azaldılmalıdır".

C.Bayden qeyd edib ki, onun administrasiyası əhalinin peyvəndlənməsi ilə məşğul olan heyətin sayını bir neçə min nəfər artırıb və bunun üçün əlavə mərkəzlər açıb.

ABŞ prezidenti həmçinin pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətləri tez ləğv edən ştatların rəhbərliklərini tənqid edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti