...

Almaniyada sabiq kanslerin oğlu maskaya görə səhiyyə nazirini məhkəməyə verib

Dünya xəbərləri Materials 3 Aprel 2021 13:46 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyanın sabiq kansleri Helmut Kolun oğlu Valter Kol səhiyyə naziri Yens Şpanı məhkəməyə verib.

Trend-in məlumatına görə, məhkəmə iddiası tibbi maskalar üzrə tenderin nəticələri ilə əlaqədardır.

Qeyd olunur ki, ötən iln martında, koronavirus pandemiyasının əvvəlində V.Kola məxsus "Kohl Consult" şirkəti FFP2 tipli maskaların istehsalı üzrə tenderdə qalib gəlib. Tenderə əsasən şirkət 1 milyon maska üçün sifariş əldə edib.

İddiaya əsasən, yekundan Səhiyyə Nazirliyi maskaların dəyərini ödəməyib. Bununla əlaqədar sabiq kanslerin oğlu səhiyyə nazirindən 5,5 milyon avroya yaxın məbləğ tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti