...

Gürcüstanda koronavirusa daha 761 nəfər yoluxub, 9 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Aprel 2021 22:39 (UTC +04:00)
Gürcüstanda koronavirusa daha 761 nəfər yoluxub, 9 nəfər ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Gürcüstanda ötən sutka ərzində 13 920 test keçirilib, koronavirusa 761 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 286 406 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 9 nəfər ölüb, 537 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 849 nəfər, sağalanların sayı isə 276 084 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti