...

Praqada yaşayış binasında baş verən yanğın nəticəsində 6 uşaq yaralanıb

Dünya xəbərləri Materials 12 Aprel 2021 05:41 (UTC +04:00)
Praqada yaşayış binasında baş verən yanğın nəticəsində 6 uşaq yaralanıb

Bakı. Trend:

Praqa şəhərində mənzildə baş verən yanğın nəticəsində ən azı 14 vətəndaş, o cümlədən yeddi yaşınadək altı uşaq yaralanıb.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Çexiyanın birləşmiş təcili yardım xidmətinin nümayəndəsi Yana Poştova bildirib.

Bildirilib ki, iki uşağın vəziyyəti ağırdır. Onlar reanimasiyaya yerləşdirilib. Onlardan biri həkimlər tərəfindən süni koma vəziyyətinə salınıb.

Yanğının səbəbləri polis tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti