...

Rusiyada peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək

Dünya xəbərləri Materials 29 Aprel 2021 12:42 (UTC +04:00)
Rusiyada peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Xabarovsk diyarında Pasxa bayramı ərəfəsində koronavirusa qarşı peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək.

Trend-in məlumatına görə, bu barədə diyarın Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, aprelin 29-30-da peyvənd olunacaq 60 yaşdan yuxarı şəxslərə 10 yumurta təqdim olunacaq.

Aksiya yerli quşçuluq müəssisəsinin dəstəyi ilə keçirilir.

Ümumilikdə peyvəndləmə məntəqələrində 1400 pensiyaçıya yumurta veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti