...

Bayden Vaşinqtonda Cənubi Koreyanın prezidentini qəbul edəcək

Dünya xəbərləri Materials 30 Aprel 2021 08:39 (UTC +04:00)
Bayden Vaşinqtonda Cənubi Koreyanın prezidentini qəbul edəcək

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden mayın 21-i Ağ Evdə Cənubi Koreyanın prezidenti Mun Çje İni qəbul edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqton Administrasiyasının mətbuat katibi Cen Psakinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Prezident Bayden 2021-cil mayın 21-i Ağ Evdə Koreya Respublikasının Prezidenti Mun Çje İn ilə görüşməyi səbirsizliklə gözləyir. Prezident Munun səfəri ABŞ ilə Koreya Respublikası arasındakı sarsılmaz müttəfiqliyin, hökumətlərimiz, xalqlarımız və iqtisadiyyatlarımız arasındakı geniş və dərin əlaqələri vurğulayacaq. Prezident Bayden ittifaqımızı daha da gücləndirmək və sıx əməkdaşlığımızı genişləndirmək üzrə prezident Mun ilə birgə fəaliyyətə ümid edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti