...

BMT baş katibi Qırğızıstan və Tacikistan barışığa riayət etməyə çağırıb

Dünya xəbərləri Materials 4 May 2021 04:09 (UTC +04:00)
BMT baş katibi Qırğızıstan və Tacikistan barışığa riayət etməyə çağırıb

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Qırğızıstanı və Tacikistanı sülh razılığına riayət etməyə çağırıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarik bildirib.

Nümayəndə deyib: "Baş katib iki ölkə liderlərinin əlaqələrini və mayın 1-də atəşin dayandırılması haqqında nail olunmuş razılaşmanı alqışlayır. O, hər iki tərəfi barışığa riayət edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır”.

"Baş katib həmçinin BMT-nin ehtiyac olduğu halda dəstək göstərməyə hazırlığını təsdiqləyir", - S.Düjarik əlavə edib.

A.Quterreş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanların qısa zamanda sağalmalarını arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti