...

İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb

Dünya xəbərləri Materials 12 May 2021 16:03 (UTC +04:00)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 366 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 75 934 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 16 409 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 707 761 nəfərə çatıb. Virus daşıyıcılarından 5 501 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 162 087 nəfər koronavirusdan sağalıb, 17,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 1,94 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,62 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 320 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 46 rayon qırmızı və 263 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 139 rayon sarı zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti