...

İranda prezidentliyə namizədliyi təsdiqlənən şəxslərin adları açıqlanıb

Dünya xəbərləri Materials 25 May 2021 14:15 (UTC +04:00)
İranda prezidentliyə namizədliyi təsdiqlənən şəxslərin adları açıqlanıb

Bakı. Elnur Bağışov – Trend:

İranın Daxili İşlər Nazirliyi 13-cü çağırış prezident seçkiləri üçün 7 namizədin adını açıqlayıb.

Trend-in məlumatına görə, İranda prezidentlik uğrunda aparacaq namizədlər Səid Cəlili (İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi), İbrahim Rəisi (İranın Məhkəmə Sisteminin sədri), Möhsün Rzayi (İranın Məsləhət Şurasının katibi), Əlirza Zakani (sabiq deputat), Əmir Hüseyn Qazizadə Haşemi (İran parlamentinin sədr müavini), Möhsün Mehrəlizadə (İsfahan vilayətinin sabiq valisi), Əbdülnasir Hemmətidir (İranın Mərkəzi Bankının baş direktoru).

Prezidentlik uğrunda mühafizəkarlar cərəyanının 5 namizədi və islahatçılar cərəyanının 2 namizədi rəqabət aparacaq.

İranda prezident və şəhər-kənd islam şuraları (bələdiyyə) seçkiləri 18 iyunda keçiriləcək.

Mayın 28-də seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti