...

"Tesla" 6 minə yaxın avtomobili geri çağırır

Dünya xəbərləri Materials 2 İyun 2021 16:06 (UTC +04:00)
"Tesla" 6 minə yaxın avtomobili geri çağırır

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın "Tesla" elektromobil şirkəti ölkədə 6 minə yaxın avtomobili geri çağıracaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Yollarda Hərəkət Təhlükəsizliyi Milli İdarəsi bildirib.

Qeyd olunur ki, avtomobillər əyləc dəstəyinin boltlarının möhkəm bağlanmaması ilə əlaqədar geri çağırılmalıdır.

Geri çağırılma qərarı 2019-2021-ci illərdə istehsal olunmuş "Model 3" və 2020-2021-ci illərdə istehsal olunmuş "Model Y" modellərinə şamil olunur.

Qeyd edək ki, bu ilin əvvəlində "Tesla" monitorla əlaqədar problemlərə görə 135 minə yaxın avtomobili geri çağırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti