...

İtaliya öz qoşunlarını Əfqanıstandan çıxarır

Dünya xəbərləri Materials 9 İyun 2021 16:51 (UTC +04:00)
İtaliya öz qoşunlarını Əfqanıstandan çıxarır

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Əfqanıstandakı NATO missiyasının tərkibindəki kontingenti yaxın həftələrdə Əfqanıstanı tamamilə tərk edəcək.

Trend-in məlumatına görə, hazırda Əfqanıstanda olan 800 italiyalı hərbçinin 20 faizi geri qayıdıb.

Ölkənin müdafiə naziri Lorentso Querini Herat şəhərində hərbi bazada İtaliya bayrağının endirilməsi mərasimində iştirak edib.

Qeyd edək ki, İtaliyanın hərbi kontingenti 20 ilə yaxındır NATO missiyasında iştirak edir. Bu müddət ərzində Əfqanıstanda 54 italiyalı hərbçi həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti